 |
 |
 |
 |
Yerləşdiyi yer
Villa Badam Bakıdan 15 km şimalda Abşeron yarımadasının ən səfalı yerində –Masazır gölünün sahilindəki badamlıqda yerləşir. Qonşuluqda təbii duzlu gölün və çoxillik ağacların olması sayəsində Siz rayonun çox gözəl ekologiyasından həzz almaq və səhhət üçün zəruri olan yod və brom ilə zəngin təmiz hava ilə nəfəs almaq imkanı əldə edirsiniz.
Yerləşdiyi yerin üstünlüyü onun əsas nəqliyyat magistrallarına yaxın olmasıdır. Artıq indi şəhərdən gəlmək üçün cəmi 15 dəqiqə vaxt lazımdır, dövlət yol infrastrukturunun inkişafı proqramının həyata keçirilməsi, dairəvi yolun və yeni körpülərin çəkilişi sayəsində Villa Badamdan istər şəhərin tarixi hissəsinə, istərsə də Bakının istənilən rayonuna, o cümlədən Beynəlxalq aeroporta asan çatmaq mümkün olacaqdır. |
|